The Weeknd | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Abel Makkonen Tesfaye[7] |
Ləqəbləri | The Noise, Kin Kane[1] |
Doğum tarixi | 16 fevral 1990[2] (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, iş adamı, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janrlar | alternativ R&B[d][10], pop musiqisi[10], müasir R&B[d], hip-hop[d], yeni dalğa |
Musiqi alətləri | piano, klavişli alət[d], bas-gitara, gitara, zərb qurğusu[d] |
Albom şirkətləri | Republic Records, XO[d] |
Təhsili | |
theweeknd.com | |
Vikianbarda əlaqəli mediafayllar |
The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990[2], Toronto, Ontario, Kanada[8]) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[11] O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.
Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı.[12] 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu.[13]
Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü.[14] Onun trap janrlı üçüncü albomu "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbətini qazandı, "Die For You" və albomun adını daşıyan mahnısı ona "Qremmi" qazandırdı.
He apparently also recorded music under the names The Noise and Kin Kane.